İraqda ABŞ bazası raket atəşinə tutuldu

28 Avqust 2021 10:30

İraqın Bəsrə vilayətində ABŞ hərbi bazası raket hücumuna məruz qalıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Küveyt sərhədindəki Savfan şəhərinin Cirişan sərhəd keçid məntəqəsi yaxınlığında yerləşən bazaya 3 raket atılıb.

Raketlərdən 2-si bazanın yaxınlığına, biri isə Küveyt ərazisinə düşüb.

Hücum nəticəsində hər hansı itkinin olması barədə məlumat verilmir.

Milli.Az