Cəbrayılda iki erməninin qalıqları tapıldı

28 Avqust 2021 20:06

Cəbrayıl rayonunda İkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha bir erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, hərbçinin kimliyi İrəvanda məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək.

Beləliklə, Azərbaycan ərazisində qalıqları aşkarlanan itkin erməni hərbçilərin sayı 1 652-a nəfərə çatıb. Axtarışlar davam edir.
Milli.Az