ABŞ Kabildə yeni terror aktının olacağını ehtimal edir

28 Avqust 2021 08:53

ABŞ prezidenti Co Bayden administrasiyası yaxın günlərdə Kabildə yeni terror aktının törədiləcəyini hesab edir, bu səbəbdən paytaxt hava limanını qorumaq üçün maksimum tədbirlər görülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

"Bu gün səhər prezident hərbi komandirlərimiz və diplomatlarımız da daxil olmaqla milli təhlükəsizlik komandası ilə görüşüb. ABŞ-nin vitse-prezidenti Kamala Harris də videokonfrans vasitəsilə görüşə qatılıb. Komanda üzvləri prezidentə və vitse-prezidentə məlumat verdilər ki, böyük ehtimalla yeni hücum olacaq, ancaq Kabil hava limanının qorunmasına maksimum tədbirlər görülüb", - deyə Ağ Evin yaydığı açıqlamada qeyd olunub.

Milli.Az