"Taliban" Kabil hava limanının bir hissəsini ələ keçirib

28 Avqust 2021 08:43

"Taliban" Kabildə hava limanının hərbi sektorunun bir hissəsini nəzarətə götürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Bilal Kərimi bildirib.

"Bu gün Kabil hava limanının hərbi hissəsindəki üç əhəmiyyətli yer amerikalılardan azad edildi və İslam Əmirliyinin ("Taliban" özünü belə adlandırır - Red.) nəzarəti altındadır", - deyə "Agence France-Presse" agentliyi Kərimidən sitat gətirib.

Onun sözlərinə görə, hazırda hava limanının kiçik bir hissəsi amerikalılardadır.

Milli.Az