Xəzərdə 4 nəfər xilas edilib

28 Avqust 2021 07:35

Dənizdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Novxanı" sularda xilasetmə məntəqəsindən kənarda (nəzarətsiz ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Milli.Az