“Fənərbağça”dan Belçika klubuna

27 Avqust 2021 23:55

Türkiyənin "Fənərbağça" klubunun yarımmüdafiəçisi Oğuz Kağan Güçtekin İstanbul təmsilçisindən ayrılıb. Milli.Az matc.az-a istinadən bildirir ki, o, bundan sonrakı karyerasını Belçikada davam etdirəcək.

22 yaşlı futbolçu bu ölkənin "Vesterlo" klubuna transfer olunub. Bu barədə "Fənərbağça"nın mətbuat xidməti məlumat yayıb. Futbolçuya xidmətlərinə görə təşəkkür edən İstanbul təmsilçisi, ona yeni komandasında uğurlar arzulayıb.
 
Qeyd edək ki, Oğuz Kağan Güçtekin "Fənərbağça"nın öz yetirməsidir. O, son mövsümlərdə "Rizəspor" və "Konyaspor"da icarədə də oynayıb.

Milli.Az