Bayden Əfqanıstanda əməliyyatlar üçün hərbçilərə tam azadlıq verdi

27 Avqust 2021 23:25

ABŞ Prezidenti Co Bayden ölkəsinin hərbi komandanlığına Əfqanıstanda "İslam Dövləti" terror qruplaşmasının yaraqlılarına qarşı əməliyyat keçirmək üçün tam hərəkət azadlığı verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir:

"Növbəti bir neçə gündə missiyanın daha təhlükəli bir dövrü olacaq. Prezident hərbi komandanlığa hərbçilərimizi qorumaq üçün əməliyyatlar keçirməklə bağlı lazım olan bütün hərəkət azadlığının verilməsini təsdiqlədi", - deyə Ağ Evin məlumatında qeyd edilir.

Milli.Az