Banqladeşin şərqindəki Brahmanbaria bələdiyyəsində 100-dən çox sərnişini daşıyan gəminin balıqçı gəmisi ilə toqquşması nəticəsində azı 20 nəfər batıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Bangladesh Observer" qəzeti polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə yerində xilasetmə əməliyyatı davam edir.
Hadisənin səbəbləri araşdırılır.
Milli.Az