Ronaldonun yeni klubu rəsmən açıqlandı

27 Avqust 2021 20:12

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub.

Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb.

Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib.

Milli.Az