Azərbaycanda bu universitetin son 3 gündə 3 müəllimi vəfat edib

27 Avqust 2021 18:54

Azərbaycan Dövlər Pedaoqoji Universitetinin son üç gündə üç müəllimi dünyasını dəyişib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, rəhmətə gedənlər İbtidai təhsil fakültəsinin İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Aişə Məmmədova,  Elmi-təşkilat şöbəsinin müdiri Əli Allahverdiyev və Kimya və biologiya fakültəsinin Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının dosenti Aysəba Məmmədova.

Onların hansı səbəblərdən dünyalarını dəyişdikləri açıqlanmır.

Allah rəhmət eləsin! 

Milli.Az