İranda son sutkada koronavirusdan 571 nəfər ölüb

27 Avqust 2021 17:06

İranda ötən sutka ərzində 571 nəfər koronavirusdan (COVID-19) ölüb.

Milli.Az bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bildirib. Bununla da İranda bu virusdan ölənlərin sayı 105287 nəfərə çatıb.

İranda ötən sutka ərzində 36 279 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 4 8 69414 nəfərə çatıb.

Milli.Az