Türkiyə ordusu İraqın şimalında 4 terrorçunu zərərsizləşdirib

27 Avqust 2021 15:59

Türkiyə ordusu İraqın şimalında 4 terrorçunu məhv edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, İraqın şimalındakı "Pençe Şimşek" əməliyyatlarının keçirildiyi bölgədə müəyyən edilmiş 4 PKK terrorçusu və onların təminat vasitələri məhv edilib.

Tədbirlərin davam etdiriləcəyi xüsusi vurğulanıb.

Milli.Az