Rusiyada son sutka ərzində daha 19 509 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Milli.Az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 6 844 049 nəfərə çatıb.
Son sutka ərzində 798 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 180 041 nəfərə çatıb.
Milli.Az