Ermənistanda koronavirusa yoluxanların sayı 240 mini ötüb

27 Avqust 2021 14:36

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 522 yoluxma halı qeydə alınıb.

Milli.Az bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 240 261 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 11 ölüm halı qeydə alınıb və bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4796 nəfərə yüksəlib.

Milli.Az