23 yaşlı tələbəyə qrup halında təcavüz ölkəni bir-birinə vurdu

27 Avqust 2021 11:18

Hindistanda universitet tələbəsinin qrup halında zorlanması ölkədə qəzəbə səbəb oldu. Xəstəxanada müalicə alan 23 yaşlı qıza cinsi təcavüz edən 5 nəfərin polis tərəfindən axtarıldığı açıqlanıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, ölkənin cinsi cinayətlərə qarşı sərt qanunlarla mübarizə aparmasına baxmayaraq, son illərdə bu cür cinayətlərin sayı azalmayıb. Hindistan polisi 2018-ci ildə 33,977 təcavüz hadisəsi qeydə alıb. Bununla birlikdə, real rəqəmlərin daha çox olduğu və bir çoxunun bildirilmədiyi iddia edilir.

Kamran Seyidov
Milli.Az