Rus biznesmenlə ailə quran azərbaycanlı müğənni ana oldu

27 Avqust 2021 13:36

Müğənni Rilaya Hüseynzadə ikinci dəfə ana olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin oğlu dünyaya gəlib. Bu haqda ifaçı özü məlumat yayıb. O bildirib ki, övladı dünən doğulub.

Qeyd edək ki, Rilaya biznesmen Andrey Sarıçevlə ailə qurub. Cütlüyün 2018-ci ildə ilk övladı dünyaya gəlib.

Milli.Az