"Qalatasaray" futbolçusunu icarəyə verdi

28 Avqust 2021 19:28

"Qalatasaray" futbolçusu Jesse Sekidikanı icarəyə verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu "Aud-Heverle Löven" klubuna keçib. Onunla 1 illik müqavilə imzalanıb. Belçika təmsilçisi nigeriyalı futbolçu üçün "Qalatasaray"a 300 min avro ödəyəcək.

Qeyd edək ki, Sekidikanı ötən ildən İstanbul klubunda çıxış edir.

Milli.Az