Türkiyənin məşhur cütlüyü Kərəm Bürsinlə aktrisa Hande Erçel Bodruma birgə istirahətə yollanıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlüyün sponsor hesabına dincəldiyi deyilir. Sevgililər gecəsi 7 min TL olan oteldə istirahət edirlər. Xəbərlərin yayılmasına səbəb isə, Hande Erçelin sevgilisi ilə fotosunu paylaşaraq qaldıqları oteli də işarələməsi olub.
Qeyd edək ki, cütlüyün daha öncə Maldivdə də sponsor hesabına istirahət etdiyi deyilirdi.
Milli.Az