Amerikalı aparıcı: Əfqanıstanı yer üzündən silək!

27 Avqust 2021 09:54

Kabildə silsilə terror aktlarının baş verdiyi bir zamanda amerikalı xəbər şərhçisinin açıqlaması böyük rezonans doğrurub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, aparıcı Todd Starnes Kabildə terror aktında ölən amerikalı hərbçilərin qisasının alınması gərəkdiyini bildirib.

"Öldürülən hər amerikalı üçün Əfqanıstandakı bir şəhər yer üzündən silinməlidir", - deyə Stranes bildirib.

Qeyd edək ki, Kabildə baş verən teraktda 12 amerikalı əsgər həlak olub.

Milli.Az