Bakıda 62 yaşlı qadını avtomobil vurub

27 Avqust 2021 09:19

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1960-cı il təvəllüdlü Ağayeva Xuraman Şirəli qızını vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az