“Taliban” hava limanına nəzarət etmədiyini açıqladı

26 Avqust 2021 23:43

"Taliban" Kabil hava limanındakı vəziyyətə nəzarət etmir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Zabihulla Mücahid deyib.

"Təəssüf ki, Kabil hava limanı "Taliban"ın nəzarətindən kənar qalıb", - deyə Mücahid hansı təhlükəsizlik tədbirlərinin görüləcəyi ilə bağlı suala cavabında deyib.  

Xatırladaq ki, Kabil hava limanında gün ərzində 3 partlayış törədilib. İlk iki partlayışda 60 nəfər ölüb, 150 nəfər yaralanıb.

Milli.Az