Samir Abasov: “İlk dəqiqələrdən təhlükəni hiss etdik"

26 Avqust 2021 23:19

"Oyunun ilk dəqiqələrindən təhlükəni hiss etdik".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

43 yaşlı mütəxəssis Konfrans Liqasının pley-off mərhələsinin "Makkabi" (Hayfa, İsrail) ilə cavab oyunundakı biabırçı məğlubiyyətə şərh verib: "Yusuf Lavalın yoxluğu özünü göstərir. Oyunçu çatışmazlığı özünü göstərir. Komandanın oyundan düşməsi təsir etdi. Üzücü olsa da bu da təcrübə olacaq".

Qeyd edək ki, Bakıda 3:3 hesablı heç-heçə edən "Neftçi" rəqib meydanında darmadağına üzülüb - 0:4.

Milli.Az