Münasibətləri 3 ay çəkdi

26 Avqust 2021 20:48

Türkiyənin məşhur cütlüyü, aktyor Serkay Tütüncü ilə aktrisa İlayda Alışan ayrılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Masumiyet" serialında rol aldıqdan sonra eşq yaşamağa başlayan cütlük biri-birini sosial şəbəkədə izləmədən çıxarıb və birgə fotolarını da siliblər.

Aktyorların menecerləri də onların ayrıldıqlarını təsdiqləyib.

Milli.Az