"Özünüzü kimə göstərirsiniz?" - Xalq Artistindən aparıcılara sərt tənqid

26 Avqust 2021 19:36

Xalq artisti Ofeliya Sənani "Kinomən" proqramının sonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı, aktrisa müasir televiziya və radiodan danışıb. O. Sənani "O vaxtlar radio və televiziyaya götürülən aparıcıları münsiflər heyəti seçirdi. Nəhəng insanlar otururdu. Bir peşəkar kimi, indiki radio-televiziyadakı aparıcıları həmin münsiflər sınağa çəksə, necə faiz qalar?" sualına "Heç biri..." cavabını verib.

Aparıcı hazırda FM dalğalarında aparıcıların sürətli danışmasını tənqid edib:

"Sevmirəm sürəti. Axı sürəti edərək özünüzü kimə göstərirsiniz? Oxuyursan ki, dinləyicin səni anlasın? Sən oxuduqca dinləyici başa düşməlidir, bilməlidir söhbət kimdən, nədən gedir. Adı çəkilənlər kimlərdir. Danışmaq lazımdır".

Milli.Az