İlk qadın diktorlarımızdan biri koronavirusa yoluxub

26 Avqust 2021 18:42

Azərbaycan radiosunun ilk diktorlarından olan Züleyxa Hacıyeva koronavirusa yoluxub.

Milli.Az xəbər verir ki, bu barədə aparıcı Pərvin Əsgərli sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, Z.Hacıyevanın vəziyyəti ağırdır:

"Qızı Gülnarə xanımla danışanda dedi ki, günlərdir yemək belə yemir. Amma yaddaşı üzərindədir. Zəng edib maraqlananları tanıya bilir".

P.Əsgərli qeyd edib ki, hazırda diktorun 97 yaşı var.

Milli.Az