Bu surənin oxunması ruzini artırar və insanların sevgisini cəlb edər

4 Sentyabr 2021 21:20

"Qiyamət" surəsi Quranın 75-ci surəsidir. 40 ayəsi vardır və Məkkidir (Məkkədə nazil olmuşdur). Bu surə ona görə belə adlanır ki, surənin başlanğıcında Qiyamətə and verilir. (Tebyan)

Bu surədə, adından da göründüyü kimi, Qiyamət səhnələri təsvir edilmişdir:

1. Dünyanın sonunda və Qiyamətin əvvəlində baş verən təbiət hadisələri: Ayın sönməsi, dağların dağılması.

2. Həmin günü yaxşı və pis əməl sahiblərinin halı.

3. Ölümün ağrılı səhnələri və insanın bu dünyadan köçməsi.

4. İnsanın yaradılış hədəfinə aid olan məsələlər.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bu surəni oxuyarsa, Qiyamət günü mən və Cəbrayil (ə) şəhadət verərik ki, onun Qiyamətə imanı vardır. O halda məhşərə daxil olacaqdır ki, üzü başqa xəlqdən daha parlayan olacaqdır".

İmam Baqir (ə) buyurur: "Hər kim "Qiyamət" surəsini oxumaqda davamlı olar və ayələrinə əməl edərsə, Əziz və Cəlal Allah onu Peyğəmbərlə (s) ən gözəl şəkildə məhşur edər. O halda ki, siması gülər və şaddır, o zamana qədər ki, Sirat və tərəzidən keçər".

Sevimli olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Bu surəni oxumaqda davamlı olmaq ruzini artırar və insanlar arasında sevimli olmağa səbəb olar".

İffəti gücləndirər. İmam Sadiq (ə) buyurur: "Qiyamət surəsini oxumaq təvazökarlığa səbəb olar. İffəti gücləndirər və Allahın izni ilə gecə və gündüz qorunar".

Zəifliyi aradan qaldırar. Əgər bu surəni yazsanız və onun yuyulmuşunu içsəniz, zəiflik aradan gedər.

Milli.Az