Azərbaycanda cərrah koronavirusdan öldü

26 Avqust 2021 14:40

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Milli.Az oxu.az.-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, cərrah İzzət Abdullayev bu gün COVID-19-dan dünyasını dəyişib.

Qeyd edilib ki, həkim bir neçə gün əvvəl 70 yaşını qeyd edibmiş.

Xatırladaq ki, 20 avqust tarixində həkim Cahangir Qasımov da bu xəstəlikdən vəfat etmişdi.

Milli.Az