Krasnoyarskda yeddinci sinif şagirdi anasının tanışına məxsus "Toyota" markalı avtomobili qaçırıb.
Milli.Az rus mediasına istinadən xəbər verir ki, rəfiqələrini gəzdirmək üçün atdığı addım KAMAZ-la toqquşma ilə nəticələnib. Döngədə idarəetməni itirən 13 yaşlı qız və rəfiqələri müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Kamran Seyidov
Milli.Az