Şəbnəmlə izləyicisi arasında qalmaqal - Bədbəxtsən

26 Avqust 2021 17:06

Ailəsi ilə birgə Qəbələdə istirahət edən müğənni Şəbnəm Tovuzlu növbəti dəfə fotolarını İnstaqram profilində yerləşdirib.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, o, yenidən tənqid atəşinə tutulub. Sosial şəbəkə istifadəçilərindən biri "Bıçaqla çəngəli düzgün saxla. Səndən adam olmadı da" deyərək ifaçıya irad bildirib. Şəbnəmdən həmin izləyiciyə cavab gecikməyib:

"Sənin kimi lazımsız bədbəxtlər, xain, zavallılar ancaq səhv axtarırlar. Bilirsən niyə? Çünki bədbəxtsən".

Milli.Az