Rusiyada son sutkada daha 19 630 nəfər COVID-19-a yoluxub

26 Avqust 2021 18:24

Rusiyada son sutkada daha 19 630 nəfər COVID-19-a yoluxub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 6 824 540 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 820 nəfər artaraq 179 243-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 6 092 818 nəfər sağalıb.

Milli.Az