PKK-nın gizli məzarlığı ortaya çıxdı- 300-ə yaxın terrorçu dəfn edilib VİDEO - FOTO

26 Avqust 2021 16:10

PKK terrorçularının təşkilat daxilində müxtəlif fikir ayrılıqları səbəbilə öldürdükləri şəxslərin dəfn olunduğu gizli qəbiristanlıq tapılıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Bitlisdəki qəbiristanlıqda 261 adamın olduğu təsbit edilib. Araşdırma çərçivəsində sümüklər İstanbul Tibb İnstitutuna göndərilib. Kimliyi müəyyən edilən şəxslərin ailələrinə məlumat verilib.

Kamran Seyidov
Milli.Az