ABŞ səfirinin üstünə ağac aşdı

26 Avqust 2021 14:46

ABŞ-ın Yunanıstandakı səfiri Cefri Payet və ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendez Afinada şam etdikləri restorananın üstünə qovaq ağacı aşıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Skai" telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı heç kim xəsarət almasa da, restorana ciddi zərər dəyib. Mühafizəçilər Amerika rəsmilərini hadisə yerindən uzaqlaşdırıblar.

Milli.Az