Ordunun tələbatı Ermənistan dövlət büdcəsinin illik imkanlarını dəfələrlə üstələyir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.
"Bütün bu alışları həyata keçirmək qeyri-mümkündür. Ordunun tələbatı Ermənistanın dövlət büdcəsinin illik imkanlarını dəfələrlə üstələyir", - deyə o bildirib.
Milli.Az