Peyvənd olunmayan iki həkim koronavirusdan öldü

26 Avqust 2021 11:34

Türkiyədə peyvənd olunmayan iki həkim koronavirusdan vəfat edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib. 

Onun sözlərinə görə, 49 yaşlı Murat Tad  Kırşehir Təhsil və Araşdırma Xəstəxanasında həkim müəllim, 55 yaşlı İlhami Atılgannın isə Ankarada özəl klinakaların birində doğuş həkimi kimi çalışdığı məlum olub. 

Milli.Az