İŞİD-çilər gizlənib, Talibandan qorxur

26 Avqust 2021 09:04

İŞİD-çilər Əfqanıstanda Talibanla münaqişəyə girməkdən çəkinir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov deyib.

"Belə düşünürəm ki, İŞİD-çilər gizlənib və ona görə də münaqişə yoxdur. İŞİD-çilər burada çox deyil. Cəmi 4 mindir. Ona görə də istənilən münaqişənin nə ilə bitəcəyi bəllidir", - deyə səfir bildirib.

Milli.Az