“Bolonya”dan “Trabzonspor”a

26 Avqust 2021 00:05

Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Milli.Az matc.az-a istinadən bildirir ki, Qaradəniz təmsilçisi İtaliyanın "Bolonya" klubundan Stefano Densvili icarəyə götürüb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçi 2021/2022 mövsümünü "Trabzonspor"da keçirəcək.
 
Densvil "Bolonya"dan əvvəl Niderlandın "Ayaks" və Belçikanın "Brügge" klublarında çıxış edib.

Milli.Az