“Çelsi”dən Belçika klubuna

25 Avqust 2021 23:57

İngiltərənin "Çelsi" klubu futbolçusu İke Uqbonu satıb. Milli.Az matc.az-a istinadən bildirir ki, 22 yaşlı hücumçu karyerasını "Genk"də davam etdirəcək.

Bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Genk" Uqbo ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
 
İngiltərənin U-21 yığmasının da üzvü olan Uqbo "Çelsi" klubunun yetirməsidir.

Milli.Az