Bu günədək Özbəkistanda COVID-19-a qarşı 1 milyon 517 min adam peyvənd edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda ölkədə "ZF-UZ-VAC2001", "AstraZeneca", "Sputnik V" və "Moderna" peyvəndləri vurulur.
Vurğulanır ki, bu ilin sonunadək ölkədə 7 milyon adamın peyvənd olunması nəzərdə tutulur.
Nazirliyin yaydığı digər məlumatda bildirilir ki, avqustun 24-də İsveçrə Özbəkistana 1 milyon 145 min respirator maska göndərib.
Milli.Az