Rusiyada COVID-19-dan daha 809 nəfər ölüb

25 Avqust 2021 17:48

Rusiyada son sutka ərzində daha 19 536 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 6 804 910 nəfərə çatıb.

Son sutka ərzində 809 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 178 423 nəfərə çatıb.

Milli.Az