Ermənistanda COVID-19-a yoluxanların sayı 239 mini ötüb

25 Avqust 2021 14:14

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 634 yoluxma halı qeydə alınıb.

Milli.Az-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 239 056 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 10 ölüm halı qeydə alınıb və bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4778 nəfərə yüksəlib.

Milli.Az