"Bura Türkiyədir" deyib kürd dilində efirə qoşulan dinləyiciyə sərt təpki göstərdi - VİDEO

25 Avqust 2021 13:44

Türkiyənin tanınmış aparıcısı Didem Arslan Yılmaz Show TV-də yayımlanan "Didem Arslan Yılmaz'dan vaz keçmə" proqramına telefonla qadını olan bir qadını kürd dilində danışdığı üçün sərt tənqid edib.

"Bura Türkiyə Cümhuriyyətidir" deyərək onu efirdən ayırıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Arslanın bu münasibəti sosial mediada ciddi reaksiya doğurub. İstifadəçilər paylaşdığı #haddinibildidemarslan haştağı qısa müddətdə ən çox müzakirə olunan mövzular arasında birinci yerə yüksəlib.

Kamran Seyidov
Milli.Az