Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 021 yoluxma halı qeydə alınıb, 58 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 528 043, xəstəlikdən ölənlərin sayı isə 6 949 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 463 306 nəfərin sağaldığı bildirilir.
Milli.Az