Təzəkəndin su problemi həll olundu - VİDEO

25 Avqust 2021 12:32

Kənd sakinləri şəxsi təşəbbüsləri ilə problemin öhdəsindən gəliblər

Bir müddət öncə Şəmkirin Təzəkənd kəndinin sakinlərinin su problemi haqqında süjet təqdim etmişdik.

Milli.Az Real TV-yə istinadən bildirir ki, onların daimi su mənbəyi - kəhriz olsa da, gələn boruların tez-tez qırılması ucbatından içməli sudan davamlı yararlanmaq imkanları yox idi.

O zaman Şəmkir Sukanal sahəsinin rəisi Hafiz Məmmədov ərazinin su ilə bağlı probleminin olmadığına, müvəqqəti çətinliyin isə aradan qaldırılacağına söz vermişdi.

Bu gün isə qaynar xəttimizə problemin aradan qaldırılması ilə bağlı bir video daxil olub. Videonu göndərən kənd sakini bildirir ki, əhali problemi öz təşəbbüsü ilə həll edib. Videonu göndərməkdə məqsədləri isə birliklərini göstərməkdir.

Milli.Az