Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları azalıb.
Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, ötən həftə ABŞ-ın neft ehtiyatları 1 622 min barel azalaraq təqribən 433 921 min barel təşkil edib.
Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 2 367 min barel azalacağını gözləyirdi.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Milli.Az