Sozinov: Türk PUA-ları dərhal məhv edilməlidir, yoxsa...

25 Avqust 2021 10:14

Rusiyanın "Almaz-Antey" şirkətinin direktorunun müavini Pavel Sozinovun Türkiyənin "Bayraqdar TB2" PUA-ları ilə bağlı açıqlaması geniş müzakirələrə səbəb olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, mütəxəssis döyüş meydanında türk PUA-larının görünən kimi məhv edilməli olduğunu bildirib.

"Hər hansı problem olmadan onu vaxtında müəyyən etməli və silahlarını işə salmadan hədəf almalıyıq. Əks halda, şansımız yoxdur", - Sozinov deyib.

Milli.Az