ABŞ-da NASDAQ indeksi tarixi rekord səviyyəyə çatıb

25 Avqust 2021 10:08

ABŞ-da NASDAQ elektron birja indeksi tarixi rekord səviyyəyə çatıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, indeksin göstəricisi gün ərzində 71.5 bənd və ya 0.48% artaraq, 15 014,15-ə yüksəlib.

Ekspertlər yüksəlişin koronavirusa qarşı "Pfizer/ BioNTech" peyvəndinin ABŞ-da tam şəkildə tətbiqinə icazə verilməsilə əlaqələndirirlər. İnvestorlar pandemiya şəraitində ABŞ iqtisadiyyatının daha sürətlə bərpasına ümid edirlər.

Milli.Az