ADPU-nun şöbə müdiri vəfat etdi

25 Avqust 2021 07:05

Azərbaycan Dövlət Pedaqoji Universitetinin şöbə müdiri vəfat edib.

Milli.Az xəbər verir ki, universitetin elmi-təşkilatı şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Əli Allahverdiyev dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Allahverdiyev 2012-2019-cu illərdə ADPU-nun Quba filialının direktoru vəzifəsində çalışıb.

Milli.Az