Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

24 Avqust 2021 16:38

25.08.2021-ci il tarixindən 165 nömrəli marşrut xətti (Mehdiabad qəs (Qarant Yaşayış Kompleksi) - A.M.Şərifzadə küç) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA" marketlərdə "BakıKart" balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Binəqədi qəs. (Binəqədi Gənclər Şəhərciyi)
Binəqədi qəs (C.Cabbarlı küç. yaxınlığı)
Binəqədi qəsəbə mərkəzi
Binəqədi qəs. ("Muxtar" marketin yaxınlığı)
Binəqədi qəs. (Novxanı yolu)
Binəqədi şos. (Svetoforun yanı)
Rəsulzadə qəs. (Park)

Milli.Az