Toyda yallı getmə üstündə mübahisə ölümlə bitdi - FOTO

25 Avqust 2021 05:05

Tekirdağda (Türkiyə) toyda bədbəxt hadisə yaşanıb.

Milli.Az "gazetavatan"a istinadən xəbər verir ki, 28 yaşlı Erhan A. və 25 yaşlı Ferdi Alparslan bir toyda yallı getmə zamanı aralarında mübahisə yaranıb. Mübahisəni toydan sonra davam etdirən gənclərin davası qanla bitib. Nəticədə Ferdi Alparslan bıçaqlanaraq öldürülüb.

Spirtli içkinin təsiri altında olan gənc A. nəzarətə alınıb.

Kamran Seyidov
Milli.Az