İnsan dua qədər, başqa ibadətlə Allaha yaxınlaşa bilməz. Namazın özü də duanın bir növüdür. Heç bir duanı böyük və kiçik olmasına görə tərk etmək olmaz.
Dinimiz bizlərə çətinlikləri aradan qaldırmaq, qəmdən uzaq olmaq, ev sahibi olmaq... üçün dualar tövsiyə etmişdir. Bu duaların bəzisini ev sahibi olmaq istəyənlərin nəzərinə çatdırırıq.
1. Hədislərimiz buyurur ki, ev sahibi olmaq üçün hər gün "Ayətul-kursi"ni oxumaq çox təsirlidir. (Beytutə)
2. İmam Cavada (ə) təvəssül etmək. Bunun üçün 1 dəfə "Yasin" surəsini, 3 dəfə "Tövhid" surəsini oxumaq, qürbətən-İləllah niyyətilə 100 dəfə salavat demək və İmama (ə) tapşırmaq. Sonra İmama (ə) təvəssül niyyətilə iki rükət namaz qılmaq lazımdır. Birinci rükətdə "Həmd"dən sonra "Qədr" və ikinci rükətdə "Həmd"dən sonra "Kövsər" surəsini oxumaq və qunutda 3 dəfə bu ayəni demək:
"أَمَّنْ یُجِیبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ یَكْشِفُ السُّوءَ"
Namazın salamını verdikdən sonra, səcdəyə gedib 9 dəfə yalavararaq, demək:
یا جواد الائمه ادركنی
3. "Muminun" surəsinin 29-cu ayəsini ev sahibi olmaq niyyətilə oxumaq:
وَ قـُل رَبّ ِ اَنــزِلـنـی مُـنـزَلاً مُبارَکاً وَ اَنـتَ خَیـرُالـمُنـزِلـیـن
Milli.Az